“Ukrayna hələ 2025-ci ilin fevralında, Prezident Volodimir Zelenski mənimlə görüşündən sonra sülh sazişinə razı olmalı idi”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sülh prosesini şərh edərkən deyib.
“O vaxt Zelenskiyə dedim ki, sizin kartınız yoxdur, danışıqlara ehtiyacımız var idi. Razılaşma əldə etmək üçün daha yaxşı vaxt idi”, – o bildirib.
Tramp bəyan edib ki, Vaşinqton artıq Ukraynaya yardım üçün bir qəpik də köçürmür: “Bütün silahlar NATO vasitəsilə alınır. Biz keçmiş ABŞ prezidenti Co Baydenin dövründə olduğu kimi qarət olunmuruq”.
Qeyd edək ki, fevral ayında Ağ Evdə görüş zamanı Zelenski ilə Tramp arasında mübahisə yaranmışdı. Amerika lideri bildirmişdi ki, Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlməsə, ABŞ Kiyevə yardımı tamamilə kəsəcək./Globalinfo.az