Slutski: Avropalılar ABŞ-ın sülh planını pozmaq üçün sammit keçirirlər


LDPR liderinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin münaqişənin sülh yolu ilə həllinə əlavə imkan yaradıb.

Turkustan.az xəbər verir ki, Leonid Slutski Telegram kanalında açıqlama verərək bildirib ki, noyabrın 24-də Anqolada keçirilməsi planlaşdırılan fövqəladə Avropa İttifaqı sammiti, onun iddiasına görə, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı sülh planına mane olmaq məqsədi daşıyır.

Slutski yazır:

“Brüsseldəki ‘şahinlər’ Trampın sülh təşəbbüsünü zəiflətmək üçün bu sammiti çağırırlar. ‘Müharibə partiyası’ 2022-ci ilin martında baş verənləri təkrarlamaq və münaqişəni ‘son ukraynalıya qədər’ uzatmaq niyyətindədir. Onların sülh yolu ilə nizamlanmaya real töhfə vermək istəyi görünmür.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ