Ukraynaya inanılmaz xəyanət: Zelenski razılaşsa, dünya müharibəsi olacaq


Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Qərbdə hərbi yardımın artırılmasının və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Kiyevə qələbə qazandıracağına dair təkliflər ciddi müzakirə edilir. Lakin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu mövqenin reallıqdan uzaq olduğunu bildirərək, münaqişənin yalnız resursların artırılması ilə həll olunacağına dair təsəvvürləri “illüziya” adlandırıb.

Vensin sözlərinə görə, ABŞ-da Prezident Donald Tramp administrasiyasının hazırladığı qalmaqallı 28 maddəlik sülh planına yönələn ittihamların əksəriyyəti ya təhrif olunmuş təsəvvürlərdən, ya da faktların yanlış interpretasiyasından qaynaqlanır.

Vaşinqton Ukrayna münaqişəsini bitirmək üçün nə kimi yeni vasitələrə əl atmaq niyyətindədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldiyi ilk anlardan bu müharibəni bitirməyə çalışır:

“Trampın bu hədəfinin bir neçə səbəbi var. Birinsisi, ABŞ müharibəni dayandırdıqdan sonra Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək istəyir. İkincisi, Tramp Ukraynaya investisiya qoymaq niyyətindədir. Üçüncüsü, Vaşinqton Şərqi Avropadakı müharibənin başa çatmasının ardınca diqqətini Çinlə münasibətlərə və Yaxın Şərqə yönəldəcək.

Ancaq vəziyyət heç də Trampın düşündüyü kimi sadə deyilmiş. Bunu o, özü də başa anlayır. Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibənin bitməsinə mane olan iki əsas məqam var. Bunlardan birinci, Avropa və ABŞ-ın müharibə ilə bağlı fərqli siyasətidir. İkincisi isə Rusiya və Ukraynanın kompromisə getməyə hazır olmamasıdır.

Belə ki, Avropa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini istəmir. Bunun əsas səbəblərindən biri odur ki, Avropa paytaxları hələ də Rusiyanı özünə təhdi olaraq görür, eyni zamanda Ukraynaya silah satmaqla pul qazanırlar. Buna görə də, müharibənin davam etməsinə çalışırlar”.

Ukraynaya inanılmaz xəyanət: Zelenski razılaşsa, dünya müharibəsi olacaq
Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, Avropa Ukraynanı silahlandırır və onu müharibəni davam etdirməyə sövq edir:

“Rəsmi Kiyev buna qarşı çıxarsa, Avropa ölkəni silah yardımını dayandırmaqla şantaj edəcək. Odur ki, Ukrayna müharibəni davam etdirməklə Rusiyanın adekvat davranmasına şərait yaradır. Bu isə ABŞ-ın planlarına, məqsədlərinə uyğun deyil.

Hazırda Moskva və Kiyevin mövqeləri bir-birindən uzaqdır. Rusiya maksimalist davranır və hətta tam nəzarət etmədiyi əraziləri də isətyir. Ukrayna isə güzəştə getmək barədə düşünmür. Çünki bu, Prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir. Belə bir vəziyyətdə üfüqdə sülh görünməməsi tam təbiidir.

Digər tərəfdən, ABŞ-ın hazırkı sülh planı Avropanı narahat etməyə başlayıb. Ona görə də Avropa ölkələri Kiyevə təzyiqi artırırlar. Vensin dediklərindən də aydın olur ki, sülh planı Ukrayna üçün qələbə vəd etmir. Ümumiyyətlə, daha Kiyev üçün tam mənasında qalibiyyətdən söhbət gedə bilməz. Hərçənd, Rusiyanın da işi asan deyil.

İndi Ukrayna ya ABŞ-ın sülh planına razı olmalı, ya da Vaşinqtonun dəstəyindən məhrum qalmalıdır. Tramp Ukraynanı təhdid edir. Zelenski də deyib ki, iki yol var. Düşünürəm ki, Ukrayna lideri ABŞ prezidentinin təklifi ilə razılaşacaq. Hərçənd Avropa son anda prosesə müdaxilə edib, Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb olan addım da ata bilər. Sülh planının reallaşacağı təqdirdə isə Zelenskinin istefası məsələsi gündəmə gələcək”.


MANŞET XƏBƏRLƏRİ