İsrailin xarici işlər naziri Gideon Saar, iyun ayında İrana qarşı irimiqyaslı hücumlar təşkil etdikdən sonra, onların hazırda ona hücum etmək niyyətlərinin olmadığını iddia edib.
Turkustan.az xəbər verir ki, “The Jerusalem Post” qəzetinə danışan nazir Saar, İrana növbəti hücum ehtimalı, F-35-lərin Türkiyəyə təhvil verilməsi ilə bağlı mövqeləri, Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumları ilə bağlı açıqlamalar verib.
Peyk görüntülərinin və kəşfiyyat məlumatlarının İranın nüvə proqramını yenidən qurmağa çalışdığını göstərdiyini iddia edən Saar İsrailin "İran təhlükəsinin" aradan qalxacağına dair heç bir illüziya içində olmadığını, lakin hazırda İrana hücum etməyi planlaşdırmadıqlarını iddia etdi.
Aytən Yaşar/ Turkustan.az