Rüsum dəyişir - Mobil telefonlar bahalaşacaq


Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

Fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçünsə 100 manat dövlət rüsumu alınacaq.

Modern.az-a danışan iqtisadçı İlkin Məmmədkərimov deyib ki, əvvəl idxal zamanı gömrük rusumu məhsulun qiymətinə görə dərəcələnmişdi.

“Yeni tariflər telefon qiymətlərinin kəskin şəkildə bahalaşmasına səbəb olacaq”, - o qeyd edib.

İ.Məmmədkərimov bildiribki, bu, dünyada gedən ümumi prosesdir:

“Əslində, 2-3 aydır telefonların satışında qiymət artımı müşahidə edilir. IMEI kodun qeydiyyatı sisteminin dəyişdirilməsindən sonra vətəndaşın xaricdən telefon gətirməsində dəyişiklik və əlavə mərhələ yaranıb. Bu vəziyyət ölkədə şəbəkə formalı satış aparan şirkətlərin gəlirini artıracaq. Vətəndaşa xarici bazarla birbaşa ticarət sərf etməyəcək. Bundan sonra ölkədə mobil telefon qiymətlərinin bahalaşmasını müşahidə edəcəyik”.


MANŞET XƏBƏRLƏRİ