Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni informasiyalar yayılır.
Medianın gündəmində olan müzakirələrdən biri də, Ramiz Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır. Mətbuat bundan əvvəl Ramiz Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən Levan Qurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia olunur. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.
Turkustan.az bildirir ki, Oxu24.com Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da ölüb.
Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır.
Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib.
Mənbənin saytımıza verdiyi məlumata görə, Ramiz Mehdiyevin qayınanasının 2007-ci ildə baş tutan dəfnində məhdud sayda, ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.
Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.