Venesuela prezidenti Nikolas Maduro amerikalı tələbələrə müraciət edərək ölkəsi ilə potensial münaqişənin qarşısını almaq üçün dəstək istəyib.
Turkustan.az xəbər verir ki, paytaxt Karakasda keçirilən Tələbə Günü tədbirlərinə qatılan Maduro çıxışında venesuelalı tələbələrə mühüm tapşırıq verib.
Maduro tələbələrdən ABŞ-dakı tələbə hərəkatları ilə əlaqə qurmalarını istəyib və "Venesuela sülh tələbə qruplarına verdiyim ikinci vəzifə Şimali Amerikadakı (ABŞ) tələbə hərəkatları ilə əlaqə yaratmaq və onlara "müharibəni dayandırın, müharibəyə yox, Venesuela sülh istəyir" mesajını çatdırmaqdır" dedi.
Maduro amerikalı tələbələrin tolerant şəxsiyyətlər olduğunu və köklü universitetlərdə təhsil aldıqlarını bildirib və ABŞ ilə Venesuela arasında mümkün münaqişənin qarşısının alınması üçün onlardan dəstək istəyib.
Aytən Yaşar/ Turkustan.az