Noyabrın 21-də Yasamalı ərazisində baş verən yanğında dünyasının dəyişən Könül Vəlibəyli Hümbətova yazıçı Qan Turalının həyat yoldaşı olub.
Turkustan.az xəbər verir ki, Könül Hümbətova yazıçının ikinci evliliyindən olan xanımı idi.
Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib. Yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş./"Yeni Sabah"

