Kreml çox güman ki, Ukrayna və ABŞ-ı parçalamağa çalışır ki, Rusiya ABŞ və Qərbin dəstəyi və köməyi olmadan Ukraynaya qarşı müharibəsini davam etdirə bilsin.
Turkustan.az xəbər verir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında deyilir.
İnstitutun ekspertləri xatırladıblar ki, Kreml son aylarda Vaşinqtonun atəşkəs və danışıqlara dair təkliflərini rədd edib, Ukrayna isə ardıcıl olaraq dialoqa və kompromislərə hazır olduğunu nümayiş etdirib.
Qeyd olunur ki, Rusiya lideri Vladimir Putin və digər Kreml rəsmiləri Kremlin ilkin hərbi məqsədlərinə diplomatik yollarla nail olmaq niyyətini təsdiqləsələr də, ABŞ-ın əvvəlki təkliflərini rədd ediblər. Hesabatda deyilir ki, Ukrayna ABŞ prezidenti Donald Tramp administrasiyasının indiyədək təklif etdiyi bütün atəşkəs təklifləri və məhbus mübadiləsi ilə razılaşıb və daimi sülh şərtlərində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib.
Aytən Yaşar/ Turkustan.az