Təkcə Yerdə deyilmiş: başqa planetlərdə daha çoxdur


Su haqqında söhbət gedəndə təsəvvürümüzdə adətən Yer kürəsi – səthinin böyük hissəsini okeanlar örtmüş planet canlanır. Amma son onilliklərin tədqiqatları göstərir ki, su ən müxtəlif formalarda düşündüyümüzdən də geniş yayılıb.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, elm adamları Yerdən kənarda bol su olduğunu düşünürlər.

Titan və Qanimed (Saturn və Yupiterin peykləri) bu baxımdan heyrətləndiricidir. Saturn və Yupiterin səthləri buzlu səhralardır. Amma bir az dərinliyə baxdıqda, Yerdəkindən tamamilə fərqli strukturlar üzə çıxır.

Təxmini hesablamalara görə, Qanimeddə buzaltı okean 150 kilometr dərinliyə çata bilər. Bundan əlavə, ehtimal olunur ki, o qatlara bölünüb: su, buz, yenə su və bu şəkildə davam edir.

Suya daha gözlənilməz yerlərdə də rast gəlinir. Məsələn, Ayda. Onun səthi tamamilə quru görünür, amma amma Günəş işığının çatmadığı bölgələrdə gizli buz ehtiyatları mövcuddur.

Son illərin ən mühüm kəşflərindən biri Avropanın (Yupiterin peyki) çoxsulu olmasının üzə çıxmasıdır. Ölçüsünə görə Aydan bir qədər kiçik olan bu peyk buz qatı ilə örtülüdür, onun qalınlığı təxminən 20 kilometr hesablanır.

Məhz bu buz qatı altında təqribən 100 kilometr dərinliyə çatan okean gizlənib. Buradakı suyun həcmi Yerdəki bütün okeanların həcmini azı iki dəfə üstələyə bilər.


MANŞET XƏBƏRLƏRİ