Sammitdə diqqət çəkən an: Ərdoğan danışarkən gəlib xəbərdarlıq etdi


Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində təşkil olunan “İnklüziv və Davamlı İqtisadi İnkişaf – Heç Kimi Geridə Qoymayan: İqtisadiyyatların qurulması, ticarətin rolu, inkişafın maliyyələşdirilməsi və borc yükü” adlı sessiyada çıxış edib.

Turkustan.az xəbər verir ki, Ərdoğanın çıxışının əvvəlində Xəzinə və Maliyyə naziri Mehmet Şimşəkin “İngiliscə tərcümə yoxdur, cənab Prezident” xəbərdarlığı diqqət çəkib. Cənubi Afrika Prezidenti Cyril Ramaphosanın bu sözlərə reaksiyası da kameralara əks olunub. Hadisə qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.

Çıxışına davam edən Ərdoğan iqtisadiyyatla bağlı mesajlar verərək, "Bütün G20-ni heç kimin geridə qalmadığı daha əhatəli qlobal iqtisadiyyatın qurulmasında daha böyük məsuliyyət daşımağa dəvət edirəm" dedi .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ