Yasamaldakı yanğında zəhərlənənlərin son durumu


Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

Məlumata görə, 6 nəfərin vəziyyəti orta ağır, 1 azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.


MANŞET XƏBƏRLƏRİ