ABŞ prezidenti Donald Tramp paytaxtda Nyu-York meri seçkilərində qalib gələn Zöhran Məmdani ilə çox məhsuldar görüş keçirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Evdəki qapalı görüşdən sonra Tramp və Mamdani Oval Ofisdə mətbuatın suallarını cavablandırıb.
Mamdani ilə "çox məhsuldar görüş" keçirdiyini ifadə edən Tramp, "Sevdiyimiz bu şəhərin çox yaxşı olmasını istədiyimiz ortaq bir cəhətimiz var. Bələdiyyə sədrini təbrik etmək istədim. O, ilk 10 seçkidən başlayaraq, çox güclü, çox ağıllı insanlara qarşı inanılmaz bir yarış keçirdi" dedi.
Tramp bildirib ki, görüş zamanı o, Mamdani ilə mənzil, mənzil tikintisi, qida, qiymətlər və neft qiymətlərinin düşməsi kimi çox güclü ortaq nöqtələrdən danışıb.
Aytən Yaşar/ Turkustan.az