Avropa liderləri G20 sammitində Trampın sülh planını müzakirə edəcək - Bloomberg


Avropa İttifaqı və Aİ-nin ən böyük dövlətlərinin liderləri bu həftə sonu Cənubi Afrikada keçirilən İyirmilik Qrupunun (G20) sammiti çərçivəsində Ukrayna ilə bağlı ayrıca görüş keçirəcək və Amerikanın “sülh planı”nı və Kiyevə dəstək üçün gələcək addımları müzakirə edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

İclasda Avropa Şurası və Avropa Komissiyasının prezidentləri Antonio Kosta və Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliya və Böyük Britaniyanın baş nazirləri Giorgi Maloni və Key Starmer iştirak edəcəklər.

Onlara Donald Trampın fikrinə təsir edə bilən siyasətçi kimi şöhrət qazanan və xüsusilə bu danışıqlar üçün Cənubi Afrikanın Yohannesburq şəhərinə gələcək Finlandiya prezidenti Alexander Stubb da qoşulmağı planlaşdırır

Görüş zamanı Avropa liderləri Cənubi Afrikada keçirilən G20 sammitində iştirakdan imtina edən ABŞ prezidenti ilə də telefon danışığına ümid edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ