Zelenski danışıqlar üçün nümayəndə heyəti yaratdı


Prezident Vladimir Zelenski ədalətli və davamlı sülhə nail olmaq üçün ABŞ və digər beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak edəcək Ukrayna nümayəndə heyətinin yaradılması barədə fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, 854/2025 nömrəli fərman dövlət başçısının rəsmi saytında dərc edilib.

Fərmana əsasən, nümayəndə heyətinə aşağıdakı şəxslər daxil edilib:

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak – nümayəndə heyətinin rəhbəri;

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov;

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov;

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleh İvaşşenko;

Ukrayna Xarici İşlər Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Oleh Andri;

Ukrayna xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsia;

Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Yevgeni Ostryanskyi;

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin müavini Aleksandr Poklad;

Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ