İran 12 günlük müharibədən sonra hava hücumundan müdafiə sistemini bərpa etmək üçün ən kiçik addım belə atmayıb. Belə bir şey olsa, İsrail əvvəlki hücumları təkrar edə bilər və Tehranın buna qarşı heç bir imkanları yoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə “Jewish News Syndicate” İsrail ordusunun keçmiş kəşfiyyat zabitinə istinadla məlumat yayıb.
Saytın bir başqa mənbəsi isə 12 günlük müharibədən sonra İranın raket mövqeləri və obyektlərini bərpa etmək səylərinə istinadla bildirib ki, Tehran hücumlarda dağıdılmış əsas bərk yanacaq obyektlərini sürətlə yenidən qurur.
Sayt İsrail ordusunun hərbi kəşfiyyatının keçmiş əməkdaşı Aleksandr Qrinberqdən sitat gətirərək yazıb ki, məsələ həddindən artıq şişirdilməməlidir, çünki bir obyekt dağıdıldıqdan sonra onun müəyyən qədər bərpası təbiidir, bu, tam gücün bərpası demək deyil:
“İrandan gələn istənilən birbaşa hücum İsrailə müharibə üçün tam bəhanə verəcək. İran raketlərini bərpa edə bilər, amma hava hücumundan müdafiə sistemini bərpa etmək üçün ən kiçik addım belə atmayıb, buna görə də İsrail əvvəlki metodu təkrar edə bilər və İranın buna qarşı heç bir imkanı yoxdur”.
İsrail rəsmiləri hesab edirlər ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş, 11 nüvə silahı hazırlamağa kifayət edəcək uran ehtiyatı ya dağıntılar altında qalıb, ya da təhlükəsiz yerə köçürülüb. Mənbə hesab edir ki, bunun taleyinin naməlum olması İsrail və İran arasında yeni toqquşma gözləntilərini artırır./teleqraf