Yasamaldakı yanğına görə bu restoranı ittiham etdi - Video


Ötən gecə Yasamalda yanğın baş verən çoxmərtəbəli binanın sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.

Turkustan.az xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində imiş.

Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində qaldıqlarını söyləyib.

Bundan başqa, jurnalist yanğına görə binanın altında yerləşən LOFT restoranını ittiham edib. Jurnalist iddia edib ki, güclü tüstü ilə müşayiət edilən hadisəyə restoran səbəb olub.

Daha ətraflı videoda:

/axar.az


MANŞET XƏBƏRLƏRİ