Rusiya prezidenti Vladimir Putin ABŞ-ın təqdim etdiyi sülh planı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, planı aldıqlarını bildirən Putin, sülh yolu ilə həllə hazır olduqlarını, lakin planın detallarının müzakirə edilməsinə ehtiyac olduğunu bildirib.
Rusiya prezidenti bəyan edib ki, plan yekun həll üçün əsas yarada bilər.
Vladimir Putin, "Rusiya məqsədlərə nail olmaq üçün xüsusi hərbi əməliyyatların hazırkı dinamikasından razıdır. Bununla belə, sülh danışıqlarına da açıqdır" dedi.
Planın avqustun 15-də keçirilən Alyaska Sammitindən əvvəl müzakirə edildiyini bildirən Putin, sözügedən planın ictimaiyyətdə müzakirə edilmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az