Sabiq prokuror psixiatrik xəstəxanada müalicə olunur - FOTO


Bakı şəhəri, Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixatrik xəstəxanada müalicə olunur.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Sabah”a “Xudafərin” jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.

Onun sözlərinə görə, Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur.

E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.

Xatırladaq ki, Mahir Cavadov keçmiş XTPD-nin (OMON) rəhbəri Rövşən Cavadovun qardaşıdır.


MANŞET XƏBƏRLƏRİ