Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Ərdoğan Zelenskini Prezident Kompleksinin girişində qarşılayıb. Ərdoğan və Zelenski Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkənlərdə şəkil çəkdiriblər.
Prezident Ərdoğan və Zelenski daha sonra görüşə keçiblər. Xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Ərdoğan və Zelenski iş yeməyində görüşəcək, daha sonra birgə mətbuat konfransında açıqlamalar verəcək.
Aytən Yaşar/ Turkustan.az