Rusiya Ukraynada yaşayış binasını vurdu: 25 ölü, 73 yaralı - VİDEO


Ternopolda Rusiyanın zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook” da məlumat yayıb .

"Ternopolda Rusiyanın şəhəri atəşə tutması nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər ölüb. Daha 73 nəfər, o cümlədən 15 uşaq yaralanıb", - məlumatda deyilir.

Qeyd olunur ki, qəzalı evin yaxınlığında Ukraynanın müxtəlif regionlarından Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 14 psixoloqu işləyir və artıq 150 nəfərə yardım göstərib.



Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ