İsrailin baş naziri Benyamin Netanyahunun Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra işğal etdikləri bufer zonaya getdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Netanyahunu müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar və Baş Qərargah rəisi Eyal Zamirin müşayiət etdiyi bildirilib.
Netanyahunun ofisi hələlik xəbərlə bağlı açıqlama verməyib.
Maraqlıdır ki, Netanyahunun səfəri İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması üzrə danışıqların çıxılmaz vəziyyətə düşdüyünə dair xəbərlərdən sonra baş verib.
İsrail rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra işğal etdiyi bufer zonada olan Hermon dağından (Cebel əl-Şeyx) geri çəkilməyəcəyini açıqlamışdı.Netanyahunun ofisi hələlik xəbərlə bağlı açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az