Azərbaycanda əhalinin necə faizi 2500 manatdan YUXARI MAAŞ ALIR?


“Azərbaycan əhalisinin əməkhaqqısı 2500 manatdan yuxarı olan hissəsi əhali sayının 5,5 faizini əhatə edir. Əhalinin 1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır. Bu da aztəmiantlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir.

Ona görə də sosial xərclər bu səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha aşağı düşməsinə imkan tanınmasın”.

Turkustan.az xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, muzdla çalışan işçilərin sayının 1,8 milyon nəfər olması sosial sığorta aktlarının ödənilməsi istiqamətində gələcəkdə nə qədər çətinlik olacağını göstərir.

O bildirib ki, ərzaq məhsullarının qiymətinin qalxması da böyük problemlər yaradır:

“Azərbaycan əhalisinin 36 faizinin kənd təsərrüfatında çalışdığı qeyd olunsa da, bunlarım ÜDM-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkələri ilə müqayisədə aşağı çəkiyə malikdir”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ