İsrail ordusu Livanın cənubuna hava zərbələri endirdi


İsrail döyüş təyyarələri Livanın cənubundakı Sur şəhərində iki qəsəbəyə hücum edib.

Turkustan.az xəbər verir ki, İsrail 27 noyabr 2024-cü ildə imzalanan atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənub bölgələrinə hücumlarını davam etdirir.

Livan mətbuatında çıxan xəbərlərə görə, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Sur şəhəri ilə bağlı Deyr Kifa və Şuhur qəsəbələrini hədəf alıb.

Livan rəsmiləri hücum və itkilərin olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

İsrail ordusunun hücumları Livanın cənubundakı iki ayrı şəhərdə müəyyən yerlərə zərbə endirmək təhdidlərindən sonra baş verib.

Digər tərəfdən İsrail ordusu yazılı açıqlamada Livanın cənubundakı hücumları təsdiqləyib.

Ordunun bəyanatında deyilir ki, Livanın cənubunda “Hizbullah hədəfləri”nə qarşı hücumlar həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ