"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaşları qəbul edəcək


SOCAR-ın “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Azər Məmmədov Zaqatala rayonunda vətəndaş qəbulu keçirəcək.

Qəbul 21 noyabr saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq.

Görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

"Azəriqaz" vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız qurumun xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.

Nəzərinizə çatdırırıq ki, 28 noyabr tarixinə nəzərdə tutulmuş vətəndaş qəbulu 21 noyabr tarixinə keçirilib.


MANŞET XƏBƏRLƏRİ