Baku TV Bakıdakı balıq bazarlarından birindən reportaj hazırlayıb.
Turkustan.az xəbər verir ki, reportajda balıq almağa axşam saatlarında gedilməsi tövsiyə olunub.
"Alıcılar, adətən, axşam saat 7-dən sonra balıq almağa gəlirlər. Amma səhər saatlarında da gələn olur", - deyə satıcı Xəyal Səfərli bildirib.
Bazarda həm Azərbaycanın müxtəlif bölgələrindən, həm də xaricdən gətirilən balıqlar satılır.
"Ən yaxşı balıqlar Balakəndən gətirilənlərdir. Oranın balığının dadı başqadır. Hamısı axar suyun balıqlarıdır", - deyə satıcı Rövşən Qocayev söyləyib.