ABŞ-dan Suriya ilə bağlı bəyanat: Sankisayaların ləğvini dəstəkləyirik!


ABŞ Dövlət Departamenti Suriyaya qarşı Sezar Aktı sanksiyalarının ləğvini dəstəklədiyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Konqresin Suriyaya qarşı sanksiyaları ehtiva edən Sezar Aktını ləğv etməsini dəstəklədiyini açıqlayıb.

Sözçü qeyd edib ki, hazırda Konqresin gündəmində olan 2026-cı il Milli Müdafiə Səlahiyyəti Qanununa (NDAA) Suriyaya qarşı sanksiyaları ehtiva edən Sezar Aktını ləğv edən hüquqi tənzimləmənin əlavə edilməsini gözləyirlər.

"Administrasiya Sezar Aktının ləğvini dəstəkləyir. Konqres bu ləğvi NDAA-ya daxil etməlidir", - ABŞ sözçüsü açıqlamasında bildirib.

"Suriyaya qarşı sanksiyaların ləğvi İŞİD-i daimi məğlub etmək kimi əsas məqsədimizin bütövlüyünü qoruyacaq və Suriya xalqına daha yaxşı gələcək üçün şans verəcək", - sözçü əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ