ABŞ administrasiyasının NATO müttəfiqlərindən Ukraynaya silah tədarükünü nəzərdə tutan proqram üçün daha çox maliyyə dəstəyi tələb edəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, “Bloomberg” agentliyinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev Ukraynaya silah göndərilməsini asanlaşdırmaq məqsədilə NATO çərçivəsində yeni təşəbbüs irəli sürməyi planlaşdırır.
Bu çərçivədə ABŞ-ın cari ay ərzində NATO üzvlərindən “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) mexanizmi vasitəsilə Kiyevə daha çox maliyyə yardımı ayırmağı tələb edə biləcəyi bildirilir.
Mənbələr yeni maliyyə yardımının dəqiq məbləğini açıqlamayıblar. Bununla belə, ABŞ-ın təsdiqlənmiş silah paketlərinin maliyyələşdirilməsi üçün təxminən 2 milyard dollar vəsait çatışmazlığı olduğu qeyd edilib.
NATO-nun Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək səylərinin əsas elementlərindən biri hesab olunan PURL mexanizmi müttəfiq ölkələrin ABŞ istehsalı olan silahların xərcini ödəməsini və həmin silahların Ukraynaya çatdırılmasını nəzərdə tutur.
Aytən Yaşar/Turkustan.az