Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində silahlı şəxslər peyvənd qruplarını müşayiət edən polis əməkdaşlarına hücum ediblər. Hadisə nəticəsində iki polis həlak olub, biri yaralanıb.
Turkustan.az xəbər verir ki, yerli polis rəsmiləri hücumun əyalətin Mohmand rayonunda baş verdiyini açıqlayıblar.
Bildirilib ki, polis əməkdaşları peyvənd qruplarının təhlükəsizliyini təmin edərkən silahlı şəxslərin hücumuna məruz qalıblar. Nəticədə iki polis əməkdaşı hadisə yerində həlak olub, daha biri yaralanıb.
Hakimiyyət orqanlarının məlumatına görə, hücum motosikletlə hərəkət edən şübhəlilər tərəfindən törədilib. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Aytən Yaşar/Turkustan.az