Slutski: Merzin Putin və Trampa mesajları sülh istəyi ilə bağlı deyil


Almaniya kansleri Fridrix Merzin Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampa göndərdiyi mesajların sülh arzusu ilə heç bir əlaqəsi yoxdur, alman siyasətçi hələ də Ukrayna münaqişəsini qızışdırır.

Turkustan.az xəbər verir ki, bu fikri TASS-a Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.

"Merzin mesajlarının sülh istəyi ilə heç bir əlaqəsi yoxdur. O, hələ də Ukraynada münaqişəni gücləndirir və "kollektiv" anlayışını Qərbə total rusofobiya ilə qaytarmaq üçün Trampı "istəklilər koalisiyasına" cəlb etməyə çalışır"- Duma komitəsinin rəhbəri bildirib.

Slutski həmçinin Almaniya kanslerinin hərəkətlərini “yalnız qlobal qarşıdurmaya gətirib çıxaracaq çıxılmaz nöqtə” adlandırıb.

Merz bir müddət əvvəl Trampı Ukrayna məsələsində avropalıların yanında qalmağa çağırıb və o, Putinə tezislə müraciət edib: “Biz təslim olmayacağıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ