X sosial media platformasının baş direktoru Linda Yaccarino istefa vermək qərarına gəldiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Yaccarino X hesabından mövzu ilə bağlı bir yazı paylaşdı.
Yaccarino: "İlon Maskla onun X üçün vizyonunu ilk dəfə müzakirə edəndə bilirdim ki, bu, bu şirkətin fövqəladə missiyasını yerinə yetirmək üçün bir ömürlük fürsət olacaq. Mən ona ifadə azadlığının qorunması, şirkətin yenidən qurulması və X-i "hər şey proqramına" çevirmək məsuliyyətini həvalə etdiyi üçün inanılmaz dərəcədə minnətdaram"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az