İran İsrail arasında gedən 12 günlük müharibə başa çatsa da, hələ də bir sıra hadisələr iki ölkə arasında gərginliyin qaldığını sübut edir.
İsrail İranla toqquşmalar zamanı Okeanın o biri tayında yerləşən ABŞ nin dəstəyinin kifayət olmadığını əyani gördü və Yaxın Şərq və Ərəbistan yarımadasında yerləşən ABŞ bazalarının hətta raket hücumuna tuş gələ bilməsi müharibə zamanı daha hazırlıqlı olmağa Tel Əvivi sövq edir.
Hazırda Ərəbistan yarımadası ölkələri ABŞ ilə birgə yaxın siyasi iqtisadi tərəfdaşdır. Neft və qaz ehtiyatlarına görə liderlik statusunu qoruyan Ərəbistan ölkələri məhz bu sərvətlərdən əldə edilən gəlirlə varlanmışdır. Misal üçün, BƏƏ nin əsas aparıcı şəhəri və paytaxtı Dubay 1990 cı illərədək adi səhrada yerləşən kiçik yaşayış məntəqəsi idi, fəqət neft nəqliyyatı və beynəlxalq və yerli investorların yatırdığı sərmayələr nəticəsində 30 ildə Dubay 21 ci əsrin texnologiya və inkişaf mərkəzinə çevrilmişdir.
ABŞ bu ölkələrdə iqtisadi sahələrdə iştirakı və qarşılıqlı əməliyyatlarla siyasi cəhətdən də özünə ittifaq yarada bilmişdir.
Qətər və Bəhreyn kimi ölkələrdə ABŞ bazalarının yerləşməsi buna sübutdur.
Bu dövlətlər həmçinin, İran üçün sədd rolunu oynayır.
Tehranın əgər ABŞ bazalarını bombardman etməsi davam edərdisə, istisna deyildi ki, bu ölkələr cavab olaraq hərbi əməliyyatlara başlaya bilərdilər.
İsrail hazırda ABŞ etdiyi kimi Ərəb Ölkələri ilə diplomatik əlaqələri inkişaf etdirir və məqsəd nə vaxtsa yenidən müharibə baş verərsə bu gücdən istifadə etməkdir.
Regionda yeganə İran meyilli ölkə Yəməndir və hazırda Husi hərbi qruplaşması tərəfindən idarə edilərək İran üçün for post rolunu oynayır.
ABŞ Ərəb koalisiyası üçün nəhəng layihələrə iqtisadi investitor, bura kapital axını sahibidir.
İsrail ABŞ birliyi bu ittifaqla münasibətləri həmişə müsbət yöndə saxlamaq istəyir ki, savaş ehtimalı zamanı kütləvi əsgər və hərbi texnika itkisi ilə qarşılaşmasın və İrana qarşı həm İraqdan, Hörmüz körfəzindən (ABŞ birbaşa, yarımadada yerləşən bazalar vasitəsilə) və İsraildən (ABŞ və NATO, İsrail uzaqmənzilli raket və reaktiv qırıcılar)
Mümkün hal budur ki, ABŞ nin bazaları Tehran üçün birinci hədəf olacaq və bu hava məkanı pozulduğu üçün ərəb koalisiyasının savaşa qatıla biləcəyi anlama gəlir.
Hələ vaxtilə, İraq Küveyti işğal etdikdə bu 1990 cı il 2 avqust başlayan və 37 dək ölkənin iştirak etdiyi körfəz müharibəsinə səbəb olmuşdu.
ABŞ nin məqsədi Küveyti yox Hörmüz və Bəsrə Körfəzinin nəzarətini ələ almaq idi. Küveyt ərəb ölkəsidir və onun azad edilməsində iştirak edən ölkə ərəb koalisiyasının avtomatik dostuna və əsas hərbi siyasi tərəfdaşına çevrilirdi.
İranın o dövrdə 1979 cu il inqilabından sonra təsiri getdikcə güclənməkdə davam edirdi.
Əgər, Tehranın təsir dairəsi dini cəhətdən yarımadaya çatsa idi bu gələcəkdə şimal Şərqi Afrikaya yol demək idi. Həm də, Qırmızı dəniz coğrafi su yolunun da bu dairəyə düşməyi dənizin sahiblərinin yəni əsas iqtisadi əməliyyatları aparan ölkələrin İran meyilli olması ilə ABŞ və Qərb üçün maraqların toqquşması demək idi.
1990 Küveyt müharibəsindən sonra ABŞ və Avropa Ölkələri həm də yarımadaya neft və qaz üzrə əsas alıcı, sərmayədar, kapital qoyucu, iqtisadi və texnoloji inkişafa dəstək verən, bu tipli proqramların həyata keçirilməsində əsas təşəbbüskara çevrildilər. Dubayın elmi iqtisadi sıçrayışı buna əyani sübutdur.
İraqda rejimin devrilməsindən sonra burada da ABŞ bazalarının tikilməsi ilə daha bu tipli bir taktiki gediş edildi.
Müəllif siyasi şərhçi: İsa İsmayılov
Tarix 27 iyun 2025