Rusiya və Ukrayna İstanbul danışıqlarını dayandırır? – Ankaradan açıqlama


Rusiya-Ukrayna müharibəsi üzrə danışıqların ehtimal olunan ikinci raundunun tarixi və yeri barədə konkret məlumat yoxdur.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezident Administrasiyasından bildirilib.

“Sizə verə biləcəyimiz konkret məlumat yoxdur”, - Prezident Administrasiyasının nümayəndəsi mümkün ikinci turun tarixi və yerinin məlum olub-olmaması ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndələri bundan əvvəl mayın 16-da rəsmi Ankaranın təşəbbüsü ilə İstanbulda görüşmüşdülər. Müzakirələr iki saata yaxın davam etmişdi./teleqraf


MANŞET XƏBƏRLƏRİ