Amerika Birləşmiş Ştatları Ukraynaya verilən Avropa silahlarının istifadə dairəsinə qoyulan məhdudiyyətin götürülməsindən xəbərsiz ola bilməz, çünki onların tərkibində Amerika istehsalı olan ehtiyat hissələri var.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Fakt budur ki, istənilən Avropa silahının tərkibində Amerika istehsalı olan hissələr var. Hərbi-texniki əməkdaşlıq qaydalarına əsasən, hər bir ölkə, Amerika mikrosxeminin yerləşdiyi fransız raketindən istifadə etməyə icazə verməlidir"-deyə, Kreml nümayəndəsi izah edib.
Aytən Yaşar/ Turkustan.az