Tramp əvvəl Putini tərifləyirdi, indi deyir "dəlidir": İkili arasında vəziyyət gərginləşir - ŞƏRH


"Vladimir Putinin dərk etmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çox pis şeylər gələrdi. Həqiqətən də pis şeylər. Putin odla oynayır".

Bunu açıqlamasında ABŞ lideri Donald Tramp deyib. Ümumiyyətlə Tramp son günlər Vladimir Putinlə bağlı sərt açıqlamalar verir. Ötən gün isə müsahibəsində Putini "dəli" adlandırmışdı. Bu gün isə xəbər yayıldı ki, Tramp Rusiyaya qarşı sanksiyaları artıra bilər.

Maraqlıdır görəsən 2 lider arasında nə baş verir? Tramp-Putin arasında vəziyyət gərginləşir? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Humbatov on X: "Samir Hümbətov:

Samir Hümbətov

Əslində Trampın davranışları bir az qəribədir. Əvvəl Putini tərfiləyirdi, indi mövqeyi dəyişdi. Bunun bir neçə səbəbi ola bilər. Əvvəl Tramp Putini tanımırdı, ya da tanıyırdı, sadəcə yumşaltma taktikasından istifadə edirdi. Hər vəziyyətdə, Putin yumşalmadı, əksinə Trampın hərəkətlərindən sanki daha da ilhamlandı. Amerika tərəfi görsə ki, Rusiya dayanmır, bu dəfə Ukraynaya yardımı daha da artıracaq. Təbii ki, bu da ABŞ-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu da müharibənin taleyinə təsir edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ