Almaniya kansleri Fridrix Merz iddia edir ki, Kiyevə verilən silahların çeşidinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar bir neçə ay əvvəl verilib.
Turkustan.az xəbər verir ki, o, bunu Finlandiyaya səfəri zamanı bu ölkənin baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında bildirib. Bu, Phoenix telekanalı tərəfindən yayımlanıb .
"Bildiyim qədər və dünən izah etdiyim kimi, zərbələrin hüdudlarına məhdudiyyət qoyan ölkələr tələbləri çoxdan aradan qaldırıb. Beləliklə, dünən Berlində mən bir neçə aydır baş verənləri, yəni Ukraynanın öz ərazisindən kənarda ona verilən silahlardan Rusiya ərazisindəki hərbi obyektlərə qarşı istifadə etmək hüququna malik olduğunu izah etdim", - kansler bildirib.
"Məncə, bu, zəruridir", - o əlavə edib. Merz bildirib ki, düşmənin “yalnız ərazidə yerləşən hərbi bazalarına hücum edə bilənlər” özlərini müdafiə edə bilərlər.
Mayın 26-da kansler bəyan edib ki, onun ölkəsi Ukraynanın Almaniya silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrin məsafəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Siyasətçinin sözlərinə görə, oxşar qərarı Böyük Britaniya və Fransa da verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu qərar potensial təhlükəlidir və nizamlanma cəhdlərinə ziddir.
Aytən Yaşar/ Turkustan.az