Ermənilər Bakıya, azərbaycanlılar İrəvana, 5 dəqiqə sonra isə… – Simonyan


“Sülh müqaviləsi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya, azərbaycanlılar da vaxtilə məskunlaşdıqları ərazilərə qayıda bilərlər”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, sülhün bərpasından sonra iki ölkə ərazisində ticarət əlaqələrinin də olacağını söyləyib:

“Sazişin imzalanmasından 5 dəqiqə sonra Ermənistan və Azərbaycan sakinləri bir-biriləri ilə ticarət əlaqələri qurmağa, ünsiyyət yaratmağa və bütün mümkün yollarla qarşılıqlı əlaqədə olmağa çalışacaqlar. Yoxsa deyirlər ki, divar çəkiləcək, alver olmayacaq, salamlaşmayacağıq və s. Nağıl danışmağı qurtarmaq lazımdır”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ