İsrailin Fələstin əraziləri ilə bağlı yeni qərarı


İsrail Təhlükəsizlik Kabinetinin işğal altındakı İordan çayının qərb sahilində müsadirə edilmiş Fələstin torpaqlarında 22 yeni qeyri-qanuni yaşayış məntəqəsinin tikintisinə icazə verdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, müdafiə naziri Yisrael Katz və ifrat sağçı maliyyə naziri Bezalel Smotrich İordan çayının qərb sahilində müsadirə edilmiş Fələstin torpaqlarında 22 yeni qeyri-qanuni yaşayış məntəqəsinin salınmasını təklif ediblər.

Bildirilib ki, kabinet keçən həftə gizli səsvermədə İordan çayının qərb sahilində 22 yeni və ya sahildən kənarda yaşayış məntəqəsi tikmək təklifini təsdiqləyib.

İordan çayının qərb sahilində israillilər tərəfindən ələ keçirilən Fələstin torpaqlarında fəaliyyət göstərən “Yeşa Şurası” təşkilatının rəhbəri İsrail Ganz yerli mətbuata açıqlamasında Nazirlər Kabinetinin bu addımının 1967-ci ildə İordan çayının qərb sahilinin işğalından sonra atılan “ən mühüm qərar” olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ