Tramp: Putin odla oynayır


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin haqqında “O, odla oynayır” deyib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media platformasında açıqlama verib.

"Vladimir Putinin dərk etmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çox pis şeylər gələrdi. Həqiqətən də pis şeylər... Putin odla oynayır".

ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya prezidenti Vladimir Putin onu lazımsız yerə çoxlu insanı öldürməkdə ittiham etdikdən sonra “tamamilə dəli olub”.

Tramp “Truth” sosial media hesabında paylaşdığı paylaşımda dünən Rusiya ordusunun Ukraynaya hücumundan sonra Putinin hərəkətlərini tənqid edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ