Türkiyə Pakistanla hərbi-sənaye əməkdaşlığını dərinləşdirdikdən sonra Hindistan diqqətini Yunanıstana yönəldib. Yeni Dehli Yunanıstanda müdafiə sənayesi, limanlar, turizm və əmək sektorlarında strateji sərmayələr yatırmaq imkanını nəzərdən keçirir.
Turkustan.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu həftə Afinaya Hindistan parlamentinin nümayəndə heyəti səfər edəcək və iki ölkə arasında siyasi əlaqələrin “yüksək səviyyəsi” nümayiş olunacaq.
Yeni Dehli xüsusilə Yunanıstan aviasiya sənayesi və müdafiə sistemləri kimi strukturlara diqqət yetirir. Türkiyə mediasının məlumatına görə, bu təşəbbüs Yunanıstanın İsraillə imzaladığı hərbi müqavilələrdən sonra olub. Hindistanın hərbi-sənaye şirkətləri Yunanıstan hakimiyyəti ilə ilkin əlaqələr qurmağa başlayıb.
“Pakistanın Türkiyə istehsalı olan silahlara və pilotsuz təyyarələrə üz tutması Hindistanı Türkiyənin regional, geosiyasi rəqibi Yunanıstanı dəstəkləməyə vadar edib”, - məlumatda bildirilib.
Hindistanın maraqlarına hərbi sektorla yanaşı, Yunanıstan limanları və turizm sektoru da daxildir. /bakupost.az/