Moskvadan Qafan açıqlaması: İrəvandan soruşun


Rusiya tərəfini Ermənistanın Sünik rayonunda baş konsulluğun işinə tez bir zamanda başlamağın zəruriliyinə inandırmağa ehtiyac yoxdur. Bu, daha çox Ermənistan tərəfindən asılıdır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı konsulluğun açılması məsələsinin ətraflı müzakirə edildiyini xatırladıb.

"Hazırda Rusiyanın Qafanda baş konsulluğu yoxdur. Rəsmi dəqiqləşdirmələr üçün Ermənistan tərəfi ilə əlaqə saxlayın", - Zaxarova qeyd edib.

Daha əvvəl məlumat yayılmışdı ki, iyunun 2-də Sünikdə Fransanın baş konsulluğu açılacaq./publika.az


MANŞET XƏBƏRLƏRİ