Tarixdə ən böyük hava döyüşü: Hindistan və Pakistan qırıcıları bir saatdan çox mübarizə aparıblar


Tarixdə ən böyük hava döyüşü Hindistan və Pakistan sərhədində baş verib və bu döyüş zamanı 125-dən çox qırıcı təyyarə bir saatdan çox mübarizə aparıb.

Turkustan.az-ın xəbərinə görə, bu barədə CNN yazıb.

Məlumata görə, eyni zamanda, tərəflərdən heç biri öz hava məkanını tərk etməyib, raket zərbələri mübadiləsi isə 160 kilometrdən çox məsafədə həyata keçirilib.

Nəşr qeyd edir ki, bu münaqişə aviasiyanın müasir tarixində ən böyük və ən uzunmüddətli münaqişələrdən biri olub.

Aprelin 22-də Hindistanın şimalında baş verən insidentdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin gün bir qrup silahlı şəxs turistlərin kütləvi şəkildə toplaşdığı bölgədə dinc sakinlərə atəş açıb, nəticədə 26 nəfər həyatını itirib. Hindistan hakimiyyəti Pakistanı hücumda əli olmaqda ittiham edib./oxu.az


MANŞET XƏBƏRLƏRİ