Erməni yalanlarını ifşa edən nadir xəritə - FOTO


“Sizlərə ermənilərin "qədim ermənistan" yalanlarını ifşa edəcək nadir bir xəritə təqdim edirəm”.

Turkustan.az xəbər verir ki, bu fikirləri tarixçi-alim Zaur Əliyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, xəritə məşhur alman coğrafiyaşünası Georq Matteus Seutter tərəfindən çəkilib:

“Seutter Nürnberq şəhərində J. B. Homanın rəhbərliyi altında oyma ustalığını öyrənib. 18-ci əsrin əvvəllərində Seutter Auqsburqda özünün müstəqil kartoqrafik nəşriyyat firmasını yaradıb.

Seutterin oyma bacarığı və şaxələndirilmiş xəritə istehsalına sadiqliyi nəticədə ona əhəmiyyətli nüfuz gətirib. Seutterin xəritələrinin əksəriyyəti Homann və Delisle firmaları tərəfindən nəşr edilirdi.

1732-ci ildə Seutter Alman İmperatoru VI Karl tərəfindən "İmperator Coğrafiyaçısı" adına layiq görülüb. 300-dən çox xəritə tərtib edən Seutter müxətlif kartoqraf və səyahların istinadlarına mütamadi müraciət edirdi ki, işlərində bir yanlışlıq olmasın.

Bizim üçün diqqəti çəkən bir xəritə isə "Magni Turcarum Dominatoris Imperium per Europam, Asiam, et Africam.accuratissima cura delineatum" (Böyük Türk Hökmdarının İmperatorluğu bütün Avropa, Asiya və Afrikada ən dəqiq diqqətlə təsvir edilib) 1740-cı idə Auqsburqda nəşr edilib. Seutter öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərib.

Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.

Z.Əliyevin sözlərinə görə, eyni zamanda xəritə ilə yanaşı o, əlifba sırası ilə adları və açıqlamasını da yazır.

“Fikir verin, Azərbaycan adını-ADİRBEİTZANİA adlandır və onunla yanaşı xəritədə Ordubad, İrəvan, Şamaxı, Dərbənd, Şəmkir və digər əraziləri dəqiqliklə yazır.

Xəritənin ölçüləri: 19.75 x 22.75 düym (50.12 x 57.75 sm)
Saxlandığı yer: Çikaqo muzeyi, İnventar nömrəsi: № 11915

Bu xəritə bir daha sübut edir ki, Qafqazda erməni dövləti və Ermənistan adında ərazi olmayıb, bu gün onların əlində olan İrəvan və digər şəhərlər Azərbaycana aid torpaqlarda yerləşib”.




Bizim.Media


MANŞET XƏBƏRLƏRİ