Ukrayna əsir götürdüyü Şimali Koreya əsgərlərini qaytarmayıb - Bu ölkə xahiş edib


Əsir saxlanılan Şimali Koreya əsgərləri Ukrayna və Rusiya arasında bu yaxınlarda 1000-ə 1000 əsir mübadiləsinə daxil edilməyib.

Turkustan.az xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreya Milli Assambleyasının üzvü Yu Yonq-vonun bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, Li və Pek soyadlı iki hərbçi Ukrayna və Rusiya arasında cümə günündən bazar gününə kimi keçirilən mübadilə siyahısına daxil edilməyib.

Yu deyib ki, Şimali Koreyalıların siyahıya daxil edilməməsi ilə bağlı qərar Seulun xahişi ilə qəbul edilib. O, deyib ki, əsgərlər Cənubi Koreyaya köçmək istəsələr, onları qəbul etməyə hazırdırlar. Onlardan biri Li artıq belə bir niyyətini ifadə edib.

Deputat Yoo Younq-von fevral ayında Ukraynaya səfəri zamanı hər iki əsirlə görüşüb. Əsirlərdən biri olan Li yayılan səs yazısında mübadilə çərçivəsində Şimali Koreyaya qaytarılacağı təqdirdə valideynlərinin edam oluna biləcəyindən narahatlığını ifadə edib.

"Li Şimali Koreyaya geri dönərsə, özü və valideynlərini faciəli son gözləyir.", - deyə Yu Yonq-von deyib./publika.az


MANŞET XƏBƏRLƏRİ