İngiltərə kralı Çarlzdan Trampa cavab: Kanada elə Kanada olaraq qalacaq


İngiltərə kralı III Çarlz Kanada parlamentindəki çıxışında ABŞ prezidenti Donald Trampın Kanadanı ilhaq etməklə hədələməsinə münasibətini bildirib.

Turkustan.az heç bir ad çəkmədən Trampı sakitcə tənqid edən Çarlz “Kanada Kanada olaraq qalacaq” ifadəsini işlədib.

"Demokratiya, plüralizm, qanunun aliliyi, öz müqəddəratını təyinetmə və azadlıq kanadalıların əziz tutduqları və hökumətin qorumağa sadiq olduğu dəyərlərdir"- deyə, Çarlz bildirib.

Kanadanın "güclü və azad" quruluşunu vurğulayan İngiltərə kralı taxtında oturarkən, "Kanada Kanada olaraq qalacağını" vurğulayaraq çıxış edərkən parlament üzvləri tərəfindən böyük alqışlarla qarşılanıb.

Təxminən yarım saat davam edən çıxışında İngiltərə kralı suverenliyi vurğulamaqla yanaşı, "əlverişli mənzil, ətraf mühit, Kanada yerli xalqlarının problemləri və sərhəd təhlükəsizliyi" kimi mövzulara da toxunub.

Çarlzın çıxışı ABŞ Prezidenti Trampın Kanadanı 51-ci ştat etmək haqqında çoxlu danışıqlarına cavab olaraq qiymətləndirilib.

İngiltərə kralı III Çarlz 16 ölkənin, o cümlədən Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya, Karib hövzəsi və Sakit Okeandakı bir sıra irili-xırdalı ölkələrin dövlət başçısıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ