26 may 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda növbəti 3-cü təlim həyata keçirildi.
QHT.az xəbər verir ki, bu barədə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə, təlimin giriş sözü ilə açan təlimçi Zümrüd Xəlilova bu gün təlimin 3-cü günü olduğunu bildirdi və keçən təlimdə yarım qalan əl işlərinin bu gün tamamlanması və yeni mğvzuya uyğun təlimin keçiriləcəyi haqda məlumat verdi. 1-ci qrup ilə bu dəfə uşaq çantası hazırdı, parçalar yapışdırıldı, kəsdi və bəzədildi. Bununla yanaşı muncuqlar seçib rezinlərə düzülərək saç üçün rezinlər hazırlandı. Görmə məhdudiyyəti olan şəxslər isə hər biri istədiyi rəngləri seçib sadə qolbağ hazırladılar. Məqsəd onların əllərini işlətmək, diqqətini toplamaq və bir işi sona çatdırıb “bu mənimdir” deməyi bacarması idi. Hisslərini rənglərlə seçdilər – məsələn, "bu gün özünü hansı rəngdə hiss edirsən?" kimi suallar verildi və hər biri hiss etdiyi rəngə uyğun əl işi hazırladı.
2-ci qrup ilə muncuq çanta hazırlandı. Kiçik muncuqlarla naxışlar quraraq hər biri öz fantaziyasını da nümayiş etdirməyə çalışdı. Həmçinin muncuqlardan qolbaqlar hazırlandı. Fərqli formalar və simvollar yaradıldı. Bu işlərin məqsədi həm səbrlərini yoxlamaq, həm də dizayn seçimi ilə özlərini ifadə etməyə şərait yaratmaq idi. Bəziləri düzəltdiklərini kiməsə hədiyyə etmək istədilər – bu da çox gözəl sosial bir addımdır.
Təlim iştirakçıları ümumilikdə çox həvəslidirlər və bu işlərdən zövq alırlar. Bəzi əlliliyi olan şəxslər ilk dəfə öz fikrini ifadə edib, öz seçimini etdi. Əlləri zəif işləyən əlilliyi olan şəxslər də asan tapşırıqları yerinə yetirməyi bacardı və sevinclə bunu göstərə bildi. Hər biri sonda “mən bacardım” deyə bildirərək hazırladıqları əl işlərini təlimçiyə təhvil verdi.
Təlimin sonunda təlimçi qeyd edək ki, təlim zamanı təlimçilərin hazırladıqları əl işləri layihənin sonunda səərgidə nümayiş olunacaqdır.
Fotolar