“Erməni soyqırımı” ideyası pul qazanmaq məqsədilə ortaya atılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan bir şəxs yaydığı videodakı çıxışında deyib.
“Ermənistanda fikirləşiblər ki, yəhudilər soyqırıma görə çoxlu pul qazanıb, biz ermənilər niyə qazanmayaq?
Bizim soyqırımla bağlı hislərimiz və həyəcanlarımız tamamilə fərqli ola bilər. Söhbət şəxsi hislərimizdən gedir. “Erməni soyqırımı” məsələsində bizimkilər yəhudilərə paxıllıq etməyə başlayıb və bu mövzu ilə bağlı çoxlu pul qazanmaq istəyiblər. Fikirləşiblər ki, onlar da belə bir layihə etsin: “Biz onlardan nəyə görə əskik qalaq, biz daha çox şey itirmişik, niyə buna görə də pul almayaq?” Gəlin, həqiqətləri deyək. Soyqırımdan danışan hər kəs bunu öz baba və nənəsinin hekayəsi kimi qəbul edir. Birini öldürüb, birini zorlayıb, birini doğrayıblar. Mənim nənə və babam Muşdandır. Bunu çox araşdırmışam, çünki mənim də beynim yuyulmuşdu. Biz ancaq belə düşünürdük ki, soyqırıma məruz qalmışıq bu bizim milli ideologiyamızdır. Mən və bir çoxları həqiqəti bilir. Bilir ki, onları aldadıblar. Lakin bunu özlərinə etiraf etmirlər”.
O, danışarkən nənəsinin xatirələrinə də istinad edib:
“Nənəm deyirdi ki, bolşevik ruslar bizim ərazimizə soxulub, sonra hər yerdə oğurluq, zorakılıq baş verib. Bir dəstə türk hərbçisi isə onların yaşadığı kəndini qorumaq üçün gəlib. Onlara da bir zabit rəhbərlik edib. Həmin əsgərləri yeməyə dəvət edib, daha sonra isə onları çağırdıqları yerin qapısını bağlayıb yandırıblar, babam isə rəhbər olan türk zabitini boğub öldürüb. Ardınca da onların kömürə dönmüş meyitlərini quyuya atıb, ailəlikcə onların üzərini mundarlayıblar. Nənəmdən soruşdum ki, bəs soyqırım olub? O dedi ki, biz çıxdıqdan sonra baş verib. Mənim başqa qəmli hekayəm yoxdur ki, orda ailəmin vəhşicəsinə öldürüldüyünü deyim. Mən istisna etmirəm ki, soyqırım mənim ailəmin etdiyi vəhşiliyin nəticəsidir. Təbii ki, “erməni soyqırımı”ndan danışırıq, lakin öz əcdadlarımızın söhbətlərini eşidəndə çox fərqli məqamlar ortaya çıxır. Mənim digər babamın da hekayəsi var. O, Qarsda yaşayan bolşevik olub. Onun idarəçiliyi dövründə orda yaşayan yerli əhalinin 60%-i, yəni azərbaycanlılar yaşadıqları yerdən çıxarılıb. Bu erməni bolşeviklərinin hekayəsidir. Bu, fundamental soyqırım idi”. /axar.az/