Bu ilin yanvar-mart aylarında xaricdən Azərbaycana 211,5 min dollar dəyərində 44 ton təbii bal gətirilib.
Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən idxal olunan təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 8,1 manat (4,8 dollar) olub.
Qeyd edək ki, idxal olunan təbii balın 90%-i və ya 39,6 tonu 3 ölkənin – Ukrayna, Rusiya və Türkiyənin payına düşüb. Ukraynadan 20,2 ton, Türkiyədən 10,25 ton, Rusiyadan isə 9,2 ton təbii bal gətirilib.
Ukrayna və Rusiyadan idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri 8,5 manat (5 dollar), Türkiyədən idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri isə 5,8 manat (3,4 dollar) olub.
Məlumat üçün bildirək ki, bu ilin aprel ayında idxal olunan təbii balın 1 kiloqramının orta satış qiyməti marketlərdə 38 manat olub. /yeniavaz.com/