ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçirilə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, xüsusi nümayəndə “Fox News” telekanalına müsahibəsində qeyd edib ki, Ukrayna və Rusiyanın sənədləri ilə işlədikdən sonra danışıqların növbəti mərhələsi keçiriləcək. Kelloq qeyd edib ki, görüş Cenevrədə baş tuta bilər.
Kelloqun sözlərinə görə, Rusiya Vatikanda məsləhətləşmələrin yeni mərhələsini keçirmək istəməyib. “Düşünürəm ki, Cenevrə tərəflərin hər üç liderinin: Donald Tramp, Putin və Zelenskinin iştirak edəcəyi növbəti dayanacaq ola bilər”-deyə, xüsusi nümayəndə telekanala bildirib.
O, həmçinin bəyan edib ki, Amerika administrasiyası Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını alıb.
Aytən Yaşar/ Turkustan.az