Rusiya NATO-nun möcüzə silahını məhv edəcək - Çey Bouz


Almaniyanın uzaqmənzilli “Taurus” raketlərinin Ukraynaya verilməsi əməliyyat zonasında vəziyyəti dəyişməyəcək.

Turkustan.az "Qazeta" nəşrinə istinadən xəbər verir ki, bunu jurnalist Çey Bouz bildirib.

O qeyd edib ki, silahın texniki xarakteristikası onun Ukrayna Silahlı Qüvvələrinə mümkün təhvil verilməsi ilə bağlı hay-küyü əsassız edir. Bundan əlavə, “Taurus” istifadəsi Ukraynada alman mütəxəssislərinin olmasını tələb edəcək.

"Ukraynanın çox reklam olunan ATACMS və Storm Shadows-larına baxın, onların hamısı Rusiyanın elektron müharibə sistemləri tərəfindən məhv edilib və ya sıxışdırılıb. Rusiya hazırdır və bu möcüzə silahı - “Taurus” heç nəyi dəyişməyəcək. Çünki o, heç nə ilə fərlənmir. Bu, NATO-nun daha bir həyata keçməıyəcək arzusudur", - jurnalist yazıb.

Onun sözlərinə görə, raketlərin ötürülməsi Rusiya üçün NATO-nun ən qiymətli silahlarına qarşı durmaq qabiliyyətini nümayiş etdirmək baxımından daha bir fürsət olacaq.
Rusiya NATO-nun möcüzə silahını məhv edəcək - Çey Bouz


MANŞET XƏBƏRLƏRİ